n2006

n2006 Mətbəx 3-07-2022, 09:30

Dietik “Quş Südü” Deserti

Dietik “Quş Südü” Deserti
Pəhriz saxlayırsınız və sevdiyiniz şirniyyatları yeyə bilmirsiniz? O zaman dadlı quş südü desertinin bu sadə resepti yalnız sizin üçündür. LoaDinG.Az dietik “Quş südü” desertinin reseptini təqdim edir.

Tərkibi:

3 ədəd yumurta ağı
50 ml aşağı yağlılığı süd
10-15 qr jelatin
50 ml su
çimdik vanil
zövqə görə stevia ekstraktı
kakao
Hazırlanma qaydası:

İlk öncə jelatini soyuq suda 15 dəqiqə isladın. Yumurta ağını mikserlə yaxşıca çırpın. Jelatini qızdırın, ancaq qaynatmayın, tamamilə həll olunana qədər qarışdırın. Yumurta ağına vanil, steviya və jelatini əlavə edib mikserlə çırpmağa davam edin. Südü də tökün və yenidən çırpın(pəhrizdə deyilsinizsə, şəkər əvəzinə eyni miqdarda qatılaşdırılmış süd əlavə edə bilərsiniz). Hazırladığını kütlə istədiyiniz qəlibə tökün və 2-3 saatlıq soyuducuya yerləşdirin. Soyuducudan götürdüyünüz desertin üzərinə kakao səpib süfrəyə verə bilərsiniz.





Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
614 591 626 568 554 531

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.