Tərəvəzli İçliklə Ətli Yuvalar
Bu yemək adi kotletlərə əla alternativdir. Dadlı, şirəli və doyurucudur. LoaDinG.Az ailənizi, xüsusilə kişiləri xoşbəxt edəcək dadlı yeməyin reseptini təqdim edir.
Tərkibi:
1 kq qiymə
3 dilim çörək
50 ml su
250 qr kartof
200 qr soğan
2 diş sarımsaq
duz və istiot
zövqə görə zirə və keşniş
İçlik üçün:
100 qr soğan
100 qr yerkökü
200 qr rəngli bolqar bibəri
3 xörək qaşığı tomat
100 ml su
30 ml bitki yağı
duz, istiot
Üzəri üçün:
100 qr pendir
Hazırlanma qaydası:
İlk öncə çörəyi suda isladın. Kartof və soğanı rəndədən keçirin. Sarımsağı əzin. Bir qabda qiymənin üzərinə kartof, soğan, sarımsaq, isladılmış çörək və ədviyyatları əlavə edib qarışdırın.
İçliyi hazırlamaq üçün soğanı, yerkökünü və bibərləri kiçik samanvari doğrayın. Tavada yağda soğanı 2 dəqiqə qovurun. Üzərinə yerkökünü də əlavə edib 2 dəqiqə qovurun. Daha sonra bolqar bibərini də əlavə edib 1 dəqiqə bişirin. Zövqə görə duz, istiot və tomat əlavə edib qarışdırın. Üzərinə su da əlavə edib 5 dəqiqə zəif ocaqda bişirin.
Yoğurduğunuz qiyməni 150 qramlıq kiçik hissələrə ayırın. Qiymələrdən kiçik yuvalar hazırlayıb yağlı kağız sərilmiş soba sinisinə yerləşdirin. Yuvaların orta hissəsinə tərəvəzli içlikdən bölüşdürün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Bişən yuvaları sobadan çıxarıb üzərinə rəndələnmiş pendir səpin və yenidən sobaya 5 dəqiqəlik (pendir əriyənədək) bişirin.

Nuş Olsun!