weher uwagi

weher uwagi Məşhurlar 5-07-2022, 10:23

Əksəriyyətimizin tanımadığı məşhur soydaşlarımız - Ənvər Məmmədov

Əksəriyyətimizin tanımadığı məşhur soydaşlarımız - Ənvər Məmmədov
Sovet dövlət xadimi, diplomat və jurnalist – Ənvər Nazim oğlu Məmmədov 15 avqust 1923-cü ildə Bakıda anadan olub. Sağdır, hazırda 98 yaşı var. Müəllim olan atası Nazim Rauf oğlu Məmmədov həbs olundu və 1949-cu ildə həbsxanada öldü. Ölümündən sonra bəraət qazanır. Anası Olqa İvanova maşinist, kargüzar işləyirdi.

Böyük Vətən müharibəsinin iştirakçısı olan Ənvər Məmmədov 1943-cü ildə hərbidən çağırılaraq SSRİ xarici işlər Xalq Komissarlığına göndərilir, 1944-45-ci illərdə İtaliyada sovet səfirliyinin press-ataşesi işləyir. Beynəlxaq hərbi tribunalın sovet hissəsinin tərkibində Nürnberq prosesində iştirak etmişdir. 1959-cu ilədək SSRİ-nin ABŞ-dakı səfirliyində müşavir-nümayəndə (səfirdən sonra ikinci adam) və "USSR" jurnalının baş redaktoru vəzifəsində işləmişdir. Ardınca daha da yüksək zirvələrə (burada sadalasaq gərək siyahı bitməsin) çıxan soydaşımız sovet televiziyasının o zaman üçün hətta qadağan olunan bir sıra verilişlərin («клуб кинопутешественников», «кинопонарама», «в мире животных» və s.), kinoların («Qəribə təsadüf və ya həmişə təmizlikdə», «Baharın on yeddi anı») və s. proqramların («Время») işıq üzü görməsində təkanverici rol oynamışdır. İngilis, alman, italyan və fransız dillərini bilir.

Yeddi orden və on medalla təltif olunub. Ənənəvi teleradioyayımın inkişafında böyük xidmətlərinə və illər boyu səmərəli fəaliyyətinə görə Rusiya Federasiyası Prezidentinin (2011) minnətdarlığına layiq görülmüşdür. Bir oğlu, bir nəvəsi və beş nəticəsi var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
478 472 524 431 409 440

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.