n2006

n2006 Mətbəx 5-07-2022, 12:00

Vafli Aparatı Olmadan Xırçıldayan Vafli Borucuqları

Vafli Aparatı Olmadan Xırçıldayan Vafli Borucuqları
Uşaqlığımızın sevimli şirniyyatı vaflini hazırlamaq istəyirsiz, ancaq vafli aparatınız yoxdur? Dərd etməyin, tavada da dadlı və xırçıldayan vafli borucuqlarını hazırlaya bilərsiniz. LoaDinG.Az tavada xırçıldayan vafli borcuqlarının reseptini təqdim edir.

Tərkibi:

100 qr kərə yağı
100 ml süd
3 ədəd yumurta
çay qaşığı ucunda duz
150 qr şəkər tozu
200 qr un
Hazırlanma qaydası:

İlk öncə kiçik qazançaya kərə yağını tökün. Üzərinə süd əlavə edib zəif ocaqda yağ əriyənədək ilıdın. Ocaqdan götürüb soyuması üçün kənara qoyun. Bir qabda yumurtanın üzərinə duz və şəkər tozu töküb mikserlə yaxşıca çırpın. Ağarıb həcmi ikiqat artdıqdan sonra soyuyan südlü yağ kütləsini əlavə edin. Üzərinə unu da ələyib topaq qalmayana qədər yaxşıca qarışdırın. Hazır xəmirdən qızdırılmış tavaya 1 qaşıq töküb yayın. Vaflini iki tərəfli qızardın və isti halda borucuq kimi bükün. Daha sonra istədiyiniz krem və ya bişmiş qatılaşdırılmış südlə doldurub süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
425 437 410 408 384 439

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.