n2006

n2006 Mətbəx 5-07-2022, 15:30

Ləzzətli Qozlu Pesto Sousu

Ləzzətli Qozlu Pesto Sousu
Müxtəlif yeməklərə, salatatlara əlavə olunan İtalyan mətbəxinin məşhur Pesto sousu. Bu dadlı sousu qızardılmış çörəyin üzərinə çəkərək də yeyə bilərsiniz. Pesto sousu qozla, fıstıqla, ispanaqla, şüyüdlə və nanə ilə hazırlanır. LoaDinG.Az ləzzətli qozlu pesto sousunun reseptini təqdim edir.

Tərkibi:

50 qr yaşıl reyhan
30 qr qoz
70 qr parmesan pendiri
70 ml zeytun yağı
2 diş sarımsaq
yarım limonun şirəsi
duz
Hazırlanma qaydası:

İlk öncə reyhanın yalnız yarpaqları ayrın. Qozu sobada qovurub qabığını təmizləyin, pendiri rəndələyin. Bütün ərzaqları blenderə töküb yaxşıca əzin. Hazır sousu bankaya töküb soyuducuda saxlayın. Pesto sousunu hazırlayıb soyuducuda bir neçə ay saxlaya bilərsiniz. Bu dadlı sousu müxtəlif salat, pasta və ya sadəcə çörəyin üzərinə çəkərək yeyə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
468 430 399 434 428 481

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.