n2006

n2006 Mətbəx 6-07-2022, 17:17

Gürcü Mətbəxinin Ləziz Tbilisi Salatı

Gürcü Mətbəxinin Ləziz Tbilisi Salatı
Gürcü mətbəxindən çox ləzzətli bir salat. LoaDinG.Az asan hazırlanan dadlı və doyurucu Tbilisi salatının reseptini təqdim edir.

Tərkibi:

2 ədəd sarı və qırmızı bolqar bibəri
1 ədəd qırmızı soğan
200 qr qırmızı lobya (bişmiş və ya konservləşdirilmiş)
250 qr mal əti
1-2 diş sarımsaq
zövqə görə acı bibər
1 dəstə keşniş
70 qr qoz ləpəsi
4-5 xörək qaşığı bitki yağı
3 xörək qaşığı sirkə
0.5 çay qaşığı xmeli-suneli ədviyyatı
duz
Hazırlanma qaydası:

İlk öncə mal əti suda bişirin. Soğanı yarım halqa şəklində doğrayın, üzərinə sirkə və 1 stəkan su əlavə edib marinə olunması üçün kənarda saxlayın. Bibərləri nazik və uzun formada doğrayın. Mal ətini də nazik doğrayın, qozu bıçaqla xırdalayın. Keşniş, acı bibər və sarımsağı da xırda doğrayın. Marinə etdiyiniz soğanın suyunu süzün. Geniş bir qaba bütün ərzaqları tökün.Üzərinə yağ və ədviyyatları də əlavə edib qarışdırın.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
582 619 557 553 580 614

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.