n2006

n2006 Mətbəx 6-07-2022, 18:00

İnanılmaz Dadlı Qəhvəli Tiramisu Maffinləri

İnanılmaz Dadlı Qəhvəli Tiramisu Maffinləri
Böyükdən kiçiyə hər kəsin sevəcəyi inanılmaz dərəcədə dadlı qəhvəli “Tiramisu” maffinləri. LoaDinG.Az dadlı maffinlərin reseptini təqdim edir.

Tərkibi:

150 qr kərə yağı (otaq temperaturunda )
200 qr şəkər tozu
3 ədəd yumurta
200 qr un
2 çay qaşığı qabartma tozu
1 xörək qaşığı şəkərsiz kakao
60 ml qəhvə
60 ml süd
Qəhvəli şərbət üçün:

90 ml qəhvə
50 qr şəkər tozu
Krem üçün:

250 qr maskarpone pendiri
1-2 xörək qaşığı Amaretto likörü (uşaqlar yeyirsə, əlavə etməyin)
zövqə görə şəkər kirşanı
bəzəmək üçün kakao
Hazırlanma qaydası:

Bir qabda kərə yağını mikserlə yaxşıca çırpın. Üzərinə bir-bir yumurtanı və şəkər tozunu əlavə edib çırpmağa davam edin. Başqa bir qabda un və qabartma tozunu qarışdırın. Yumurtalı kütləyə qabartma tozu, kakao, qəhvə, süd və unlu qarışığı əlavə edib yaxşıca qarışdırın. Maffin qəliblərinə yağlı kağız stəkanları yerləşdirin. Xəmiri qəlibin 2/3 hissəsinə tökün və əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.

Qəhvəli şərbəti hazırlamaq üçün kiçik bir qabda qəhvə və şəkər tozunu qaynadın və zəif odda təxminən 5 dəqiqə yüngül qatılaşanadək qaynadın.

Maffinləri sobadan götürün və çöp şişlə deşdəkləyin. Hazırladığınız şərbəti qaşıqla üzərinə tökün.

Krem üçün maskarpone pendirini şəkər kirşanıyla qarışdırıb, likör əlavə edin. Maffinlərin üzərinə krem yaxın. Kakao səpib süfrəyə verə bilərsiniz. Bu reseptlə təxminən 12 ədəd maffin bişirə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
539 558 497 532 472 500

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.