reklam
Bir şəhidin həyat hekayəsi.. Bir şəhidin həyat hekayəsi.. http://take.az/uploads/posts/2017-06/medium/1498070199_image.jpg
ADMiN

ADMiN Azərbaycan 22-01-2018, 15:09

Bir şəhidin həyat hekayəsi..

Bir şəhidin həyat hekayəsi..

15.05.2014-cü il günorta saat 14:00 radələrində vətən xaini MAXE tərəfindən amansızcasına qətlə yetirilən Beyləqan rayon “N” saylı hərbi hissəsinin tabor komandiri şəhid mayor Əsgərli Emil Əlihüseyn oğlu...

Əsgərli Emil Əlihüseyn oğlu 30.01.1982-ci ildə Lənkəran şəhərində anadan olub. 1988-1996-cı illərdə Şirvan şəhəri 10 saylı orta məktəbi bitirərək Cəmşid Naçıxanski adına hərbi litseyə daxil olub. 1996-1999-cu ildə Naxçıvanskını fərqlənmə ilə bitirib. 1999-cu ildə də Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2003-cü ildə Ali Hərbi Məktəbi fərqlənmə ilə leytenant rütbəsi alaraq bitirib.
2003-cü ildə Abşeron rayonu Pirəkəşkül qəsəbəsinin "N" saylı hərbi hissəsində tağım komandiri olub. Hələ 3 aylıq tağım komandiri olarkən , hərbi hissəyə yoxlama üçün gələn General-Polkovnik Səfər Əbiyev Əsgərli Emilin əsgərlərindən birini sual-cavab edir və əsgərin verdiyi cavablar Müdafiə Nazirini çox razı salır və əsgərin komandiri olan Əsgərli Emili Baş leytenant rütbəsi ilə mükafatlandırır.
Əsgərli Emil 2004-cü ildə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinin "N" saylı hərbi hissəsində bölük komandiri vəzifəsində öz hərbi fəaliyyətini davam etdirir. 2008-ci ildə H.Z.Tağıyev qəsəbəsində həmin hərbi hissədə Kapitan rütbəsi ilə taborun maddi texniki təminat üzrə tabor komandirinin müavini vəzifəsini icra edir.
Daha sonra Qusar rayonu "N" saylı hərbi hissədə taborun qərərgah rəisi vəzifəsində işləməklə bərabər tabor komandiri vəzifəsini də icra edir.
2011-ci ildə öz vəzifə borcunu layiqincə yerinə yetirdiyi və nümunəvi zabitlərdən olduğu üçün , Beyləqan rayon "N" saylı hərbi hissəsində tabor komandiri vəzifəsinə təyin oulunur.
13 iyun 2011-cü ildə "Qüsursuz Xidmətə Görə" 3-cü dərəcəli medalı ilə ilə təltif olunur.
2013-cü ilə Əsgərli Emil Əlihüseyn oğlu mayor rütbəsi ilə təltif olunur.

Bir şəhidin həyat hekayəsi..


07 mart 2013-cü ildə ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı ilə təltif olunur.




24 iyun 2013-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi " yubiley medalı ilə təltif olunur.
15 noyabr 2013-cü ildə "Hərbi Xidmətdə Fərqlənməyə Görə" 3-cü dərəcəli medal ilə təltif olunur.




15.05.2014 tarixində günorta saatlarında, günorta təxminən 14:00 radələrində Beyləqan qayonu "N" saylı hərbi hissəsində Əsgərli Emil, hərbi hissənin xüsusi bölmə əməkdaşı və 6 nəfər əsgər ərazini yoxlamağa çıxıblar. Yoxlama zamanı 5 aydır müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) , Ağdam rayon qeydiyyatından olan İlkin Yaşar oğlu Məhərrəmov döyüş postunda öz vəzifəsini düzgün icra etmədiyi və vəzifə borcunu bilmədiyi üçün tabor komandiri Əsgərli Emil ona irad tutaraq dərhal bölüyə gedərək vəzifə borcunu öyrənməsini əmr edir və özlərinin də bölüyə gələcəyini bildirir. Sonda yenə Əsgərli Emil və yanındakı hərbçilər yoxlamaya davam etmək üçün səngərin içində hərəkətə davam edirlər. MAXE İlkin Məhərrəmov bölüyə gedərkən yarı yoldan səngərə qayıdır və tabeliyindəki digər əsgərlərdən güllə ilə dolu daraq alaraq öz avtomatına taxır. MAXE İlkin Məhərrəmov tabor komandiri Əsgərli Emil və hərbi hissənin xüsusi bölmə əməkdaşının anidən qarşısına çıxaraq atəş açmağa başlayıb. Atəş ilkin olaraq tabor komandiri, mayor Əsgərli Emilin ayağından dəyib və Emilin yanındakı digər bütün hərbçilər öz canlarını qurtarmaq üçün hərəsi bir tərəfə qaçıblar. Sonra isə digər 2 güllə Emilin ciyərindən, 1 güllə sağ döşünün üstündən dəyir. Sonda isə öz vəzifəsini icra edərkən o müqəddəs hərbi formanı əynində daşıyan, Azərbaycan atributlarını üzərində gəzdirən , Müdafiə Nazirliyi tərəfindən dəfələrlə medal və ordenlərlə təltif olunmuş, illərlə Çində və Türkiyədə hərbi təhsil almış, Polkovnik-leytenant vəzifəsini icra edən tabor komandiri mayor Əsgərli Emil Əlihüseyn oğlunun cansız bədəni yerə yıxılıb. Hətta Emil canını haqqa tapşırıb yerə düşdükdən sonar da öz məkirli niyyətindən əl çəkməyən vətən xaini MAXE İlkin Məhərrəmov Azərbaycanın ən şərəfli , dürüst , savadlı və nümunəvi zabitlərindən olan Emilə "kontrol atəşi" ilə başından da atəş açır. Nəticədə MAXE İlkin Məhərrəmov 5 güllə ilə Mayor Əsgərli Emilin həyatına qəsd edir.




Beləliklə Azərbaycan Respublikası öz Milli Mənafeylərini , öz vətən torpağını qorumaq üçün üzərində 18 il zəhmət çəkdiyi və bu zəhməti layiqincə dəyərləndirmək üçün əzmlə çalışan tabor komandiri Mayor Əsgərli Emil Əlihüseyn oğlu Şəhid olur. Allah bütün şəhidlərimizə rəhmət etsin. Amin!

Vətənini, torpağını qoruyarkən ölmək Şəhidlikdir! -- Peyğəmbər sallallahu aleyhi və səlləm


LOADING.Az --- Məmmədov Qismət

















Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
895 833 908 789 847 776

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.