Əksəriyyətimizin tanımadığı məşhur soydaşlarımız - Əliş Kərəmli
Rus Sovet yazıçısı Sergey Borodinin (1902—1974) «Dmitri Donskoy» tarixi romanında (1941) əsas personajlarından biri; XIV əsrin sonunda Moskva kremlinin ilk daş divarlarının tikilməsinə rəhbərlik edən şamaxılı memar-inşaatçı kimi təsvir edilən Əliş Kərəmli və ya Şamaxılı Alis (tam adı: Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvani) 21 aprel 1322-ci ildə Şamaxıda anadan olmuşdur. Lakin elmi-akademik mənbələr tərəfindən real şəxsiyyət olub-olmaması hələlik təsdiqlənməmişdir. Sergey Borodindən xeyli sonra Şamaxılı Alis obrazı Azərbaycan ədəbiyyatında yenidən işlənmiş və ona "Əliş bəy Sübhan oğlu Kərəmli", yaxud qısaca, "Əliş Kərəmli" adı verilmişdir.
Sergey Borodinin 1941-ci ildə yazdığı «Dmitri Donskoy» tarixi romanında Əliş bəy və onun vətəninə dair qısa məlumatlar yer almışdır. Əliş Kərəmli mövzusu Azərbaycanda ilk dəfə Oqtay Eldəgəz (1934-2002) tərəfindən gündəmə gətirilmişdir. Azərbaycan yazıçısı Hafiz Mirzə onun haqqında "Moskva Kremlinin memarı Kərəmli" adlı povest yazmışdır. Həmin povest qəzetlərdə və "Son və başlanğıc" adlı kitabında dərc olunmuşdur. 2012-ci ildə Bakıda "Zərdabi" nəşriyyatında Əli Əhmədoğlunun müəllifi olduğu 168 səhifə həcmində "Kreml memarının mükafatı" adlı kitab nəşr olunmuşdur.
14 mart 1367-ci il tarixində Əliş bəylə Moskvanın böyük knyazı Dmitri İvanoviç arasında müqavilə bağlanır. Müqaviləyə əsasən, Əliş bəyə öz işində tam sərbəstlik verilirdi. Heç bir kəs onun işlərinə qarışa və hər hansı formada ona təsir göstərə bilməzdi. Bir kimsə özünü ondan üstün tuta bilməsin deyə Dmitri İvanoviç hətta ona boyar titulu və səlahiyyətini də verir.
Bu müqaviləyə əsasən, istifadə olunacaq işçilərin sayına da məhdudiyyət qoyulmurdu. İşin həcmi, sürəti və keyfiyyəti üçün lazım gəldikdə Əliş bəy istədiyi qədər fəhlə cəlb edə bilərdi. Müqavilədə knyazın yeganə ciddi tələbi inşaat işlərinin 4 il müddətində tam başa çatdırılması idi. Əliş bəy qarşılığında nəinki buna, həm də qalanın fərqli gözəlliyə və min illərcə Moskvanı qoruyacağına, hamının zövqünü oxşayacağına, şəhərin əsas qürür və gözəllik yerinə çevriləcəyinə öz vicdanı üzərinə söz verir. Buna əmin etmək üçün əlini cibindən çıxartdığı kiçik ölçülü "Quran" kitabının üzərinə qoyaraq and da içir. Əliş Kərəmli təkcə memarlıq işlərini deyil, işlər 1 il tez başa çatsın deyə tikintiyə rəislik işini də öz üzərinə götürür. Tikintiyə 1500 nəfər işçi cəlb edilir. Tikinti işlərinə mart ayının 25-də – rusların "Blaqoveşeniye" bayramı günündə başlanılır. Bu bayram Məryəm ananın Müqəddəs Ruhdan nütflənməsi münasibətilə keçirilirdi. İlk iş günü bu işləri hamılıqla icra edirlər. Hətta böyük knyazın özü də iş görənlərin arasında olur.
1371-ci il iyun ayının 22-də içkili vaxtı bir kazak ataman xaincəsinə arxadan qılıncla güclü zərbə endirərək, Əliş bəyin başını bədənindən ayırmışdır. Bu hadisə Moskva-Smolensk yolunun 9-cu kilometrliyində, indiki Volokolamsk yolunun başlanğıcında, soldakı meşə talasında böyük sənətkarımızın qayıtma-vida məclisi zamanı baş vermişdir. Belə bir şərəfsiz qətlin icra olunmasında başlıca məqsəd böyük memarın adını yox etmək və Kremli ucaldan sənətkarı tarixdən silmək olmuşdur. Qəddarcasına qətlə yetirilən Əliş bəy Kərəmlini elə oradaca dəfn edirlər. Bu ağır itkiyə görə ən çox üzülən böyük knyazın bacısı qızı Anna olur. Onun memara məhəbbəti qarşılıqlı olmasa da, bu itkiyə dözməmiş, saçlarını qırxdıraraq Penza rahibəxanasına yollanmış və ömrünün sonunacan memarın məzarına qulluq etmişdir.
İşləri:
• Moskvada Kreml (Kreml – onun Kərəmli soyadından götürülüb);
• Təbrizdə mədrəsə binası;
• Dəməşqin Bağlar bölgəsindəki məhəllədə ərəb üslublu üç əzəmətli dördmərtəbəli bina;
• Dəclə çayı üzərindəki beştağlı Bağdad körpüsü;
• Krımdakı Bağçasaray mülkü və fəvvarələr;
• Gürcülərin qədim paytaxtı Msxetada (Tiflis yaxınlığı) Knyaz Dodianın sarayı;
• Təbrizdə Kərim ağa torcasının (kompleksi);
• Şirazda nəhəng 80 otaqlı Karvansara;
• Dəbil şəhərindəki Cümə məscidi;
• Şamaxıda bugünümüzədək qalıqları duran köhnə, şəhərə giriş körpüsü və onlarla tikili.
Məşhur soydaşlarımızla bağlı Layihənin sonuna gəlib çatdıq. Diqqətinizə görə təşəkkür edirəm!