amon

amon İslam Dini 24-06-2017, 04:28

Ricət nədir?

Ricət nədir?
Ricət nədir? Ricət əsasən səfəri məzhəbinə aid olan bir məsələdir. Ərəb dilindən tərcümədə “qayıdış” demək­dir. Bir çox hədislərə görə, dünyanın sonuna yaxın, qiyamətin qopmasından bir qədər əvvəl Allahın əmri ilə bəzi İslam müqəddəsləri və onların düşmənləri dirilib bu həyata qayıda­caqlar. Müqəddəslər vaxtilə öz düşmənlərin­dən çəkdikləri zülm və əziyyətlərin intiqa­mını onlardan alacaqlar. Məsələn, İmam Hü­seynlə (ə) Yezid və onun əlaltıları ricət hadisəsinin əsas fiqurlarından sayılır.

Həzrət Hüseyn (ə) öz qatillərini məhv edəcək. Buna görə də ricət – qiyamətdən əvvəl ilahi əda­lətin kiçik miqyasda təntənəsi kimi qəbul edilir. Ricət hadisəsinin İmam Mehdinin (ə) zühurundan sonra baş verəcəyini yazırlar. Cəfəri məzhəbinə aid kitablarda bəzi Quran ayələri də ricətin doğruluğuna sübut kimi gətirilir. Məsələn, Nəml, 83 və s.
 
Ricət barədə hədislər cəfəri məzhəbində o qədər çoxdur ki, bəzi alimlər (məsələn, Şeyx Səduq, Şeyx Müfid, Seyyid Mürtəza, Əllamə Təbrisi, Hürr Amuli, Əllamə Məclisi, Əllamə Təbatəbai və b.) bu məsələdə bütün şiə üləmasının icma etdiyini əldə əsas tutaraq, ricəti şiə məzhəbinin əqıdə əsaslarından biri kimi təqdim etmişlər.
 
 
 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
850 783 744 765 716 711

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.