Mələy0001

Mələy0001 Hekayələr 28-06-2017, 15:39

OXUMADAN KEÇMƏYİN→HEKAYƏ←

OXUMADAN KEÇMƏYİN→HEKAYƏ←
OXUMADAN KEÇMƏYİN→HEKAYƏ← 

Bir rəssam İmam Hüseynin başının kəsildiyi səhnəni çəkirmiş, bütün səhnəni çəkir, gözlərdə dayanır. İmam Hüseynə məzlum, saf gözlər, Şümürə dəhşət dolu, zalım gözlər çəkməli idi. Bir yetimxanaya gedir. Deyir, mənə buranın ən məzlum uşağını göstərin. Hamıdan kənarda dayanmış bir uşaq göstərirlər. Rəssam baxır ki, axtardığı gözlər budur. Bu uşağın gözlərini çəkir İmam Hüseynə. Şümürün gözləri üçün uzun illər axtarışda olur, bu minvalla on beş ildən artıq vaxt keçir, heç kimdə axtardığı qəddar gözləri tapa bilmir. Bir müdrik məsləhət edir ki, filan yerdə ən qatı cinayətkarların saxlandığı həbsxana var, orada axtardığını tapacaqsan. Gedir həbsxanaya, deyir, mənə buranın ən qəddar cinəyatkarını göstərin. Deyirlər, bir cinəyatkar var ki, onu hamıdan uzaq, tək saxlayırıq. Rəssamı aparırlar bu dustağın yanına, rəssam baxır ki, axtardığı adam budur, adamın gözlərindən qəddarlıq yağır. Başlayır gözlərini rəsmə köçürməyə. 

Dustaq soruşur:
Mənim gözlərimi niyə çəkirsən?

Sənin gözlərini imam Hüseynin başını kəsən Şümürün gözlərinə çəkəcəm.
Dustaq ağlamağa başlayır, rəssam bu zalımın göz yaşlarından heyrətə gəlir.

Niyə ağlayırsan?

Tanımadın məni?

Yox

Mən uşaq olarkən gözlərimi İmam Hüseynə çəkmişdin, indi o gözləri Şümürə çəkirsən.

Sən o məzlumluqdan bu zalımlığa necə gəldin?

Məni cəmiyyət bu hala saldı.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
610 695 589 601 651 684

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.