n2006

n2006 Sağlamlıq 1-08-2022, 10:30

Qocalmanı gecikdirməyin ÇARƏSİ TAPILDI

Qocalmanı gecikdirməyin ÇARƏSİ TAPILDI
Tokio Universitetinin alimləri yaşlanmanı ləngitməyin yolunu tapıblar.
LoaDinG.Az xəbər verir ki, qocalma əleyhinə dərmanların istifadəsi 5-10 ildən sonra başlaya bilər.
Yaşlanma prosesi bədəndə bölünmə qabiliyyətini itirərək yığılıb iltihab və qocalmaya səbəb olan hüceyrələr səbəbindən baş verir.
Yapon alimləri bu cür hüceyrələrin mövcudluğu üçün lazım olan GLS1 fermentini yox etməklə "qocalma hüceyrələrini" məhv edən mexanizm hazırlayıblar.
Mütəxəssislər nəticələrini siçanlar üzərində uğurla sınaqdan keçirə biliblər.
İnhibitor olaraq bəzi klinik onkoloji növləri üçün artıq klinik sınaqların ilk mərhələsindən keçən dərmanın istifadəsi təklif olunur.
Xərçəng hüceyrələrinin də GLS1-dən asılı olduğu bildirilir.
Yaponiyada hesab edirlər ki, dərman təsdiqlənərsə, 5-10 il ərzində yalnız təyinatı üzrə deyil, həm də erkən yaşlanmanın müalicəsi olaraq istifadə edilə bilinəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
288 394 340 290 354 340

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.