n2006

n2006 Sağlamlıq 1-08-2022, 15:57

Bu qidalar ürək üçün olduqca ZƏRƏRLİDİR

Bu qidalar ürək üçün olduqca ZƏRƏRLİDİR
"Ürək-damar sistemi üçün ən zərərli qidalar fəstfud və yarıfabrikat məhsullardır".
LoaDinG.Az xəbər verir ki, bunu diyetoloq və qastroenteroloq Nuria Dianova "Zvezda" kanalına müsahibəsində bildirib.
Həkim bildirib ki, fəstfud çox yağlıdır, tərkibində çoxlu duz və şəkər mövcuddur. Bu cür qidalar qızardılaraq hazırlanır ki, bu da o qədər də faydalı deyil.
"Bu qidalar kökəlməyə kömək etməklə yanaşı, onların tərkibində ürək-damar sisteminin əsas düşməni olan çoxlu trans yağları var. Trans yağları qan damarlarında daralma, tıxanma, qan axınında problemlər yaradır. Qan damarlarının divarlarının zəifləməsi insult və infarkta səbəb ola bilər".
Həkim bildirib ki, "kartof fri" ən zərərli məhsuldur. Çünki ürək-damar sistemi də daxil olmaqla bədənə mənfi təsir göstərən trans yağları ehtiva edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
307 326 319 337 318 311

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.