n2006

n2006 Gözəllik 4-08-2022, 20:00

Həftədə 5 kilo arıqladan yumurta pəhrizi – RESEPT

Həftədə 5 kilo arıqladan yumurta pəhrizi – RESEPT
Pəhrizlərin arasında ən sağlıqlısı yumurta pəhrizidir. Həftədə çəkini 5 kiloqram azaltmaq üçün ideal bir pəhriz olduğu qəbul edilən yumurta pəhrizi sağlamlıq baxımından da böyük xeyir verir.

LoaDinG.Az xarici mətbuata istinadən həftədə 5 kiloqram çəki azaldan yumurta pəhrizini təqdim edir. Çəkini azaltmaq üçün möcüzəvi bir üsul yoxdur. Ancaq pəhrizlərlə çəki vermək üçün ilk addımı atardınız. Çəki vermək üçün əhəmiyyətli olan gündəlik aldığınız kalorinin, yandırdığınız kaloridən az olmasıdır. Bəziləri bu pəhriz sayəsində həftədə 5 kiloqram arıqladıqlarını deyirlər. İnanılması çətindir, amma bu pəhriz üçün ən əhəmiyyətli şey yumurtadır.



Niyə yumurta?



Yumurta bəsləyicidir. Tərkibində C, B12, B2, A və B5 vitaminləri var. Həmçinin yumurta dəmir, sink, kalsium, kalium və E vitamini baxımından zəngindir. Yumurtanın yağ nisbəti də çox yaxşıdır. 25 faizi tərkibi doymamış, 9.4 faizi çoxlu doymamış və 18.1 faizi doymuş yağdan ibarətdir. Bəziləri yumurtanın xolesterini artırdığı iddia etsə də, bunun reseptdoğru olmadığı daha əvvəl sübut edilib.



Soyutma yumurta pəhrizi



Bu pəhrizi edirsinizsə, həftədə ən azı bir dəfə idmana getməyiniz lazımdır. Pəhrizə başlayanlar özlərini daha fəal hiss etdiklərini də deyirlər.



Bazar ertəsi



Səhər yeməyi – Meyvə və 2 soyutma yumurta



Günorta yeməyi – Meyvə və 2 dilim çörək



Şam yeməyi – Salat və qızardılmış toyuq



Çərşənbə axşamı



Səhər yeməyi – Meyvə və 2 soyutma yumurta



Günorta yeməyi – Yaşıl salat və qızardılmış toyuq



Axşam yeməyi – 2 soyutma yumurta, salat və portağal



Çərşənbə



Səhər yeməyi – Meyvə və 2 soyutma yumurta



Günorta yeməyi – Pendir, bir dilim çörək və pomidor



Şam yeməyi – Salat və qızardılmış toyuq



Cümə axşamı



Səhər yeməyi – Meyvə və 2 soyutma yumurta



Günorta yeməyi – Meyvə



Şam yeməyi – Salat və qızardılmış toyuq



Cümə



Səhər yeməyi – Meyvə və 2 soyutma yumurta



Günorta yeməyi – Pörtülmüş tərəvəz və 2 soyutma yumurta



Şam yeməyi – Qızardılmış balıq və salat



Şənbə



Səhər yeməyi – Meyvə və 2 soyutma yumurta



Günorta yeməyi – Meyvə



Şam yeməyi – Salat və qızardılmış toyuq



Bazar



Səhər yeməyi – Meyvə və 2 soyutma yumurta



Günorta yeməyi – Pörtülmüş tərəvəz, soyutma toyuq və pomidor salatı



Şam yeməyi – Pörtülmüş tərəvəz

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
662 561 627 585 594 624

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.