n2006

n2006 Mətbəx 5-08-2022, 09:30

Pendirli Kartoflu Oladi

Pendirli Kartoflu Oladi
Kartoflu pendirli oladi hazırlayıb sevdiklərinizlə bölüşün. LoaDinG.Az pendirli oladinin reseptini təqdim edir.

Tərkibi:

500 qr bişmiş kartof
1 diş balaca sarımsaq
1/2 stəkan un
2/3 çay qaşığı qabartma tozu
1/2 çay qaşığı duz
120 qr feta pendiri
2 budaq göy soğan
1 budaq cəfəri və ya keşniş
1 ədəd yumurta
2/4 stəkan süd
zövqə görə istiot
Hazırlanma qaydası:

Bişmiş soyumuş kartofun qabığını soyun və rəndənin iri gözündən keçirin. Yaşıl soğanı xırda doğrayın, sarımsağı sarımsaq əzəndən və ya xırda rəndədən keçirin. Bir qabda un, duz və qabartma tozunu qarışdırın. Geniş bir qaba kartof və un qarışığını töküb qarışdırın. Üzərinə yumurta əlavə edib qarışdırın .Daha sonra südü də əlavə edib qarışdırın. Xəmirə bir çimdik istiot, xırda doğranmış göy soğan, pendir və sarımsaq əlavə edib qarışdırın. Xırda doğranmış cəfəri və ya keşnişi də töküb qarışdırın. Tavada yağı qızdırın , xəmirdən 1 qaşıq tavaya töküb iki tərəfli qızardın. Eyni qayda ilə xəmir qurtaranadək bişirin.



Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
439 466 449 384 410 440

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.