n2006

n2006 Mətbəx 5-08-2022, 10:30

Fərqli Ləzzət Dadmaq İstəyənlər Üçün Yaşıl Mərcimək Salatı

Fərqli Ləzzət Dadmaq İstəyənlər Üçün Yaşıl Mərcimək Salatı
Yaşıl mərciməyin faydaları saymaqla bitmir. Sağlamlığımıza faydasının yanında çəki problemi
yaşayanlar üçün və hamilələr üçün ən çox istifadə edilməli qidadır. Yaşıl mərcimək salatı, fərqli ləzzətlər dadmaq istəyənlər üçün gözəl bir salat növüdür. LoaDinG.Az hazırlanması çox vaxt aparmayan yaşıl mərcimək salatının reseptini təqdim edir.

Tərkibi:
1 stəkan yaşıl mərcimək
5 -6 ədəd göy soğan (xırda doğranmış)
yarım dəstə cəfəri
yarım dəstə şüyüd
yarım stəkan nar dənəsi
1-2 xörək qaşığı nar şərabı
2 xörək qaşığı zeytun yağı
1 – 2 xörək qaşığı limon suyu
duz, istiot
Hazırlanma qaydası:
Mərciməkləri bol suyla yuyub suyunu süzün. Qazana töküb üzərini keçəcək qədər su əlavə edin
və yumşalana qədər qaynadın. Bişən mərciməkləri süzüb bir qaba tökün. Üzərinə xırda doğranmış göy soğan, cəfəri və şüyüd və nar dənəsi əlavə edib qarışdırın. Nar şərabı, zeytun yağı, duz, istiot və limon suyunu bir qabda qarışdırıb salatın üzərinə gəzdirin. Salatı qarışdırıb süfrəyə verə bilərsiniz.



Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
422 441 457 441 487 492

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.