DeliBirHatun

DeliBirHatun özünü 🤔 fikirli hiss edir. Texnologiya 13-08-2022, 10:49

Bədən temperaturunu və nəbzi ölçən qulaqcıq hazırlandı

Bədən temperaturunu və nəbzi ölçən qulaqcıq hazırlandı
ABŞ-ın "Apple" şirkətinin yeni simsiz qulaqcığı insanın bədən temperaturunu və nəbzini müəyyənləşdirəcək sensorlarla təchiz ediləcək.

LoaDinG.Az xəbər verir ki, patent hüququnun alınması üçün müraciət ötən il edilsə də, icazə indi verilib.

Yumşaq korpus xüsusiyyəti sayəsində universal qulaqcıq ondan hər iki qulaq üçün rahat istifadəyə imkan verəcək.

Məlumata görə, xüsusi ötürücülər qulaqcığın hansı birindən istifadə edilməsini müəyyənləşdirəcək. Bu, qurğuya stereo səsin səsləndirmə kanalını müstəqil seçməyə imkan verəcək.

İnsan sağlamlığının vəziyyəti barədə informasiya toplayan sensorlar istifadəçini kritik məqamda təhlükə, məsələn, ürəktutma barədə məlumatlandırmaq üçün nəzərdə tutulub.

Yeni "AirPods" qulaqcığının növbəti ilin birinci rübündə satışa çıxarılması planlaşdırılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
508 495 409 494 448 460

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.