Tək başıma qalsam da, yenə də sevirəm səni.
Bir dilin bütün sözlərini istifadə etsəm səni tərif edə bilməyəcəyini bilirəm.Əlçatmaz oldun həmişə mənim üçün, toxunmaq, hiss etmək, səni yaşamaq istərkən böyük bir təklik idi payıma düşən.Payıma düşən hər şeyi təxirə saldım, təxirə sala bilmədiyim bir tək şey vardı, sənə bənzəyirdi... !!! Su olsan, toxunduğumda pozulardı, pozulmayacaq biri idin, gediləcək bir yol olsa sonu olardı, sonu olmayan biri idin, yuxuda görüləcək bir yuxu olsa oyanardım, məni yuxumdan oyandırmayacaq biri idin...
Səni düşünürkən yoruluram desəm, dünyanın ən böyük yalanı olar.Bu gündən sabaha nə qalar bilmirəm, amma sən həmişə mənimləsən.Hər şeyi yaşamaq istərkən zamana sığmadıq,Sənin tanımadığım xasiyyətin qalmadı, bəzən qadağan edildin mənə ... !!!
Bəzən bir günah kimi üzərimdə daşıdım səni... Yeddi telli sazımla belə izah edə bilərəm səni, “Sən bir uçurum gülü idin mənim üçün, əllərimi hər uzatdığımda min bir qırıqla, əziklə geri döndüm...”
Mənə həmişə özümü xatırladan biri idin. Uzaqsan, yaxınsan, darıxılansan amma bu gün deyil, sabah kimi birisən.Bu gün hər şeyi dəyişdirməyə çalışırkən, sən dəyişməyən biri olaraq dayanırsan qarşımda.
Dünyada neçə zülm, neçə ölüm olur. Amma sənin mənə verdiyin acı qədər heç biri ürəyimi ağrıtmır. Səni hər dəfə düşündükcə həyata dönürəm yenidən.Gecənin ən qaranlıq yerindəyəm, bir şamın işıqlandırdığı qədər də olsan, yenə də istiyirəm səni...
Öz əlçatmaz xəyallarımla dağlarda qalmaq istəmirəm, enmək istəyirəm oralardan.Hər kəs kimi sevmək istəyirəm...
Adına eşq deyirlər, gələcək deyirlər sadəcə bunlar mənə yetmir... !!! Hər mahnımda sənə bir addım daha yaxınlaşmaq istəyirəm. Başqa cür sevirəm səni... Sadəcə bir mövsümdə deyil, dörd mövsümdə səni sevmək istəyirəm.
Tək başıma qalsam da, kim nə deyirsə desin geri dönəcək yerim yoxdur. Ucsuz-bucaqsız bir səhranın ortasında tək qalmışam... Səsləndiyimdə səsimə cavab verəcəy bir yoxdur, heçkəs eşitmir məni...
Tək başıma qalsamda...
Yenə də sevirəm səni...
Bu bir günah elanıdır...
Özüm-özümü şikayət eləyirəm...







