amon

amon Məsləhətlər 4-07-2017, 19:32

Tərtəmiz bir dəri üçün məsləhətlər!

Tərtəmiz bir dəri üçün məsləhətlər!
Tərtəmiz bir dəri üçün məsləhətlər! Hər dəri zaman zaman quruyar, solğun görünər, nahamar bir görünüşə sahib olar.
Bu vəziyyətdən xilas olmaq üçün dərinizə maraq göstərin.
Buda addım-addım dəriyə qulluq ...

Canlandırıcı peeling
Yarım çay stəkanı qoz içi
1 çay qaşığı limon suyu
3 çay qaşığı süd
1 çay qaşığı bal
 
Hazırlanması və tətbiqi
Qoz rəndələnir (məqsəd incə dənəciklər halına gətirməkdir), içinə limon, süd və bal əlavə edilir.
Əldə edilən qarışıq yumşaq hərəkətlərlə dəriyə tətbiq olunar.
5 dəqiqə qədər gözlədildikdən sonra ilıq su ilə yuyulur.
 
Dəri təmizləyici tonik
1/4 çay stəkanı cəfəri toxumu
1/4 çay stəkanı itburnu
1,5 su stəkanı su
 
Hazırlanması və tətbiqi
Vəsaitlər qaynar suyun içində 20 dəqiqə dəmlənir.
Soyuduqdan sonra tonik olaraq üzə tətbiq oluna bilər.
Əldə edilən tonik soyuq mühitdə və şüşə qabda 4 gün mühafizə edilə bilər.
 
Qara nöqtə üçün maska
1 çay qaşığı badam yağı
1,5 çay qaşığı gil
1 çay qaşığı bal
1 çay qaşığı limon suyu
 
Hazırlanması və tətbiqi
Bu vəsaitləri qarışdırıb dodaq və göz ətrafı xaric üzünüzə tətbiq edin.
45 dəqiqə gözlətdikdən sonra ilıq su ilə durulaya biıərsiniz.
 
 
Üz cavanlaşdırıcı və qoruyucu maska
2 yemək qaşığı balqabaq toxumu yağı
1 yemək qaşığı jojoba yağı
1 yumurta ağı
 
Hazırlanması və tətbiqi
Bütün vəsaitlər qarışdırılar. Təmiz dəriyə göz ətrafı xaric tətbiq edilir.
15 dəqiqə gözlədildikdən sonra soyuğa yaxın ilıq su ilə yaxalanır.
Bu maska həftədə bir dəfə tətbiq oluna bilər və ardından dəriyə mədən suyu ilə kompres edilməsi tövsiyə edilər.
 
 
 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
546 521 511 560 521 501

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.