amon

amon İslam Dini 4-07-2017, 19:37

Xəstə könüllərin təbibi gəldi

Xəstə könüllərin təbibi gəldi
Xəstə könüllərin təbibi gəldi Xaliqə şükr etdi ərşdə mələklər,
Dünyaya Allahın Həbibi gəldi!
O, gəldi, yıxıldı Kəbədə bütlər
Xəstə könüllərin təbibi gəldi.
 
İnsanlıq ölmüşdü o, gələn zaman,
Allahı unutmuş, azmışdı insan,
Hakim olmuş idi qəlblərə şeytan
Lənətlik iblisin əzabı gəldi.
 
Atası Abdullah-Məkkənin ayı,
Məkkədə yox idi onun heç tayı
İsmail(ə), İbrahim(ə) soyundan soyu
Nəbilər nəbisi o nəbi gəldi.
 
Yaradan yaratdı onu nurundan,
Alır öz nurunu gecə ay ondan
Olmasa olmazdı kainat, cahan
Aləmin var olma səbəbi gəldi.
 
Gəldi, yada saldı əhdi, peymanı,
Gəldi, təzələdi dini, imanı,
Gətirdi möcüzə kitab-Quranı
Yanan ürəklərin sirabı gəldi.
 
Salam olsun ona, Əhli-beytinə
Mövludu bayramdır biz ümmətinə
Həmd olsun Rəbbimin bu nemətinə
Cənnət güllərinin gülabı gəldi.
 
 
 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
749 904 746 740 720 689

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.