n2006

n2006 Mətbəx 30-08-2022, 12:00

Hansı xəstələrə şorba yemək mütləqdir - Dietoloq

Hansı xəstələrə şorba yemək mütləqdir - Dietoloq
Mütəxəssislər şorbanın hər gün yeyilməsinin vacibliyi fikrini inkar etsələr də, dietoloqlar bəzi xəstəliklərdə şorbanın lazımlı olduğunu bildirir.

LoaDinG.Az xəbər verir ki, rusiyalı həkim dietoloq, tibb elmləri doktoru Mixail Qinzburq hansı xəstələrin rasionunda şorbanın mütləq olması barədə açıqlama verib.

Belə ki, şorba tərəvəz yeməyənlər üçün əlavə vitamin mənbəyidir. O həzm prosesini yumşaldır, mədə-bağırsaq üçün faydalıdır.
Şorbada ətə nisbətən daha az sayda bakteriya var. Bu da qıcıqlanmış bağırsaq sindromu, iltihabi xəstəlikləri olanlar üçün vacibdir.
"Şorba mədədə qidanın bərabər həll olmuş kütləyə çevrilməsinə kömək edir.

Qastrit, xora, kolit, mdəaltı vəz problemi, pankreatit olan xəstələr üçün birinci qidanın şorba olması vacibdir.

O, toxluq, doyumluluq baxımından ikinci qidadan fərqlənmir, lakin 2 dəfə daha az kalorilidir.

Ferment çatışmazlığı olanlar da sulu yemək yesə fermentlər qidalı maddələrlə birləşib, onların bağırsaqdan qana sovrulmasını təmin edər.

Şəkərli diabet və qəbizliyi olanlar da qidalanmanı sulu faza ilə başlamalıdır.
Şorbada olan ət, tərəvəzlər, yarmalar mədənin selikli qişasını qıcıqlandırmır, əksinə divarı zədələnmədən qoruyur".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
443 401 316 365 372 348

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.