n2006

n2006 Sağlamlıq 30-08-2022, 15:00

Saxta pendirləri necə düzəldirlər? - Fərqləri

Saxta pendirləri necə düzəldirlər? - Fərqləri
Əksər evlərdə səhər yeməyinin ayrılmaz hissəsidir. Pendirlər ən çox istifadə etdiyimiz qidalardan biri olsa da, onun necə hazırlanması, hazırlanarkən hansı saxtakarlığa yol verildiyi və keyfiyyətli qidaları necə ayırd edilməsi barədə bir çox insan məlumatszıdır.

LoaDinG.Az xəbər verir ki, pendir istehsalçılarının "fırıldaqçılığını” və keyfiyyətli pendiri ayırd etməyin yolunu araşdırıb.

– Bəzi istehsalçılar ağ pendirə ərp vurur. İstehlak müddətini uzatmaq üçün isə nitrat maddəsi qatılır.

– Kiflənən pendiri əridərək krem pendir hazırlayırlar.

– Boyatlaşmış süddən istifadə edərək istehsal xərcini aşağı salmağa çalışırlar.

– Bəzi növ pendirləri ideal rənginə çatdırmaq üçün "kroten” adlı qida boyası istifadə edirlər.

– Soda qatıldığı da söylənilir.

– Jele vurularaq sərtləşdirilir.

– Təbii süd əvəzinə süd tozundan istifadə edilir.

Əlbəttə ki, bunlar insan sağlamlığı üçün təhlükəlidir. Bu saxtakarlıqları hiss edə bilməyəcəyimiz qədər professional şəkildə edirlər. Odur ki, sağlamlığımızı təhlükəyə atmamaq üçün biz də mümkün olduğu qədər daha çox diqqətli olmalıyıq.

Bəs saxta yollarla hazırlanan pendirləri necə ayırd edə bilərik?
Bunun cavabı aşağıdakı üsullardadır:

– İlk addım daha çox etibar etdiyiniz firmanın məhsulunu almaqdan başlayır.

– Keyfiyyətli pendirin qutusunun hər bir kənarı bir-birinə bərabər ölçüdə olmalıdır.

– Pendir hazırlanan qəlibin üstündə pas, kir və kif olmamalıdır.

– Pendir rəngini dəyişibsə (kirli ağ, sarımtıl və.s), ondan uzaq durmağınız məsləhət görülür. Bu, böyük ehtimalla xarab məhsuldur.

– Pendir nə çox bərk, nə də çox yumşaq olmamalıdır.

– Pendir alarkən iyi çox önəmlidir. İy qabiliyyəti güclü olanlar pendirdən kif, sabun və ammonium nitrat iyinin gəlib-gəlmədiyini yoxlamalıdır. Bu iylərdən birini hiss etdiyindən şübhələnərsə, o zaman həmin pendiri almamalıdır.

– İstehsal tarixinə xüsusi diqqət yetirilməlidir.

– Tərkibində süd faizi çox olan pendir istifadə edilməlidir. Və son olaraq qeyd etməliyik ki, pendirlərə paranoya dərəcəsində şübhə ilə yanaşmayın. Sadəcə etibar etdiyiniz yerlərdən və firmaların məhsullarından istifadə edin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
381 324 363 319 327 315

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.