n2006

n2006 İdman 3-09-2022, 09:29

Premyer Liqa: "Şamaxı" "Turan Tovuz"u, "Neftçi" "Sumqayıt"ı qəbul edəcək

Premyer Liqa: "Şamaxı" "Turan Tovuz"u, "Neftçi" "Sumqayıt"ı qəbul edəcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V turun növbəti matçları keçiriləcək.

LoaDinG.Az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

İlk görüş Şamaxıda olacaq. Şəhərin eyniadlı komandası "Turan Tovuz"u qəbul edəcək. Meydan sahibləri 1 xalla 9-cu, Tovuz təmsilçisi 4 xalla 5-ci pillədə yer alıb. Komandalar indiyədək yerli çempionatda qarşılaşmayıblar.

Günün ikinci matçında "Neftçi" "Sumqayıt"la üz-üzə gələcək. Paytaxt klubu 9 xalla 4-cü, "gənclik şəhəri" təmsilçisi 2 xalla 8-ci pillədə qərarlaşıb. Bu, tərəflərin Premyer Liqada yubiliyev - 40-cı oyunu olacaq. Əvvəlki matçların 19-da "ağ-qaralar", 12-də qonaqlar meydanı 3 xalla tərk edib. 8 görüşdə qalib müəyyənləşməyib. Topların nisbətində də "Neftçi" üstündür - 58:44. Son 2 qarşılaşmanın hərəsində 2 qol vuran meydan sahibləri qələbə qazanıb. “Sumqayıt” son 5 görüşdə rəqibini məğlub edə bilməyib.

Azərbaycan Premyer Liqası, V tur

3 sentyabr

16:00 “Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Cəmil Quliyev, Elvin Bayramov
Hakim-inspektor: Ramil Diniyev
Şamaxı şəhər stadionu

20:30 “Neftçi” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Tural Qurbanov
Hakim-inspektor: Babək Quliyev
“Bakcell Arena”

Qeyd edək ki, turun ilk matçında "Qarabağ" "Kəpəz"i 1:0 hesabı ilə üstələyib. Turun "Sabah" - "Səbail" və "Zirə" - "Qəbələ" qarşılaşmaları sentyabrın 4-də baş tutacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
522 555 456 585 559 540

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.