n2006

n2006 Xəbərlər 4-09-2022, 14:08

Premyer Liqa: "Sabah" "Səbail"i, "Zirə" "Qəbələ"ni qəbul edəcək

Premyer Liqa: "Sabah" "Səbail"i, "Zirə" "Qəbələ"ni qəbul edəcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulacaq.

LoaDinG.Az`ın məlumatına görə, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk görüşündə "Sabah" "Səbail"i qəbul edəcək. Meydan sahibləri 12 xalla 2-ci, qonaqlar 4 xalla 6-cı pillədə qərarlaşıb. Komandalar indiyədək Premyer Liqada 15 dəfə üz-üzə gəlib. Bunların 7-də "Sabah", 5-də "dənizçilər" qələbə qazanıb. Topları nisbətində də meydan sahibləri üstündür - 18:13.

Günün ikinci matçında "Zirə" "Qəbələ" ilə üz-üzə gələcək. Bölgə təmsilçisi 9 xalla 4-cü, paytaxt klubu 4 xalla 7-ci sıradadır. Bu, tərəflərin çempionatda 28-ci görüşü olacaq. Əvvəlki oyunların 9-da "qırmızı-qaralar", 5-də "qartallar" meydanı 3 xalla tərk edib. Topların nisbətində "Zirə"nin üstünlüyü var - 32:22.

Azərbaycan Premyer Liqası

V tur

4 sentyabr

18:00 “Sabah” – “Səbail”
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Kamran Bayramov, Cavid Cəlilov
Hakim-inspektor: Orxan Məmmədov
“Bank Respublika Arena”

20:30 “Zirə” – “Qəbələ”
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Anar Salmanov
"Dalğa Arena"

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Qarabağ" səfərdə "Kəpəz"i, "Turan Tovuz "Şamaxı"nı eyni hesabla yenib - 1:0. "Neftçi" isə öz meydanında "Sumqayıt"ı darmadağın edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
540 584 444 504 457 497

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.