Milliyyətcə çinli olan Yannie Tan, 3 noyabr 2002-ci ildə Corciya ştatının Atlanta şəhərində anadan olmuşdur. 4 yaşından pianoda ifa edir. Corciyada pianoçular müsabiqəsinin əsas mükafatını isə 10 yaşından etibarən hər il alır. Musiqidən başqa, Yannie elmlə, sənaye dizaynı, qaçış və rəqslə məşğul olur. O, Atlantanın çin rəqs truppasında 12 il rəqqasə olub və öz məktəbinin yüngül atletika üzrə universitet komandasının dəyərli üzvüdür.
İstedadlı pianoçu qız, bu dəfə də bənzərsiz və şən çıxışı ilə bütün tamaşaçı kütləsinin rəğbətini qazandı. O, burada Macarıstan bəstəkarı, pianoçusu, pedaqoqu, dirijoru, publisisti, musiqi romantizminin nəhəng nümayəndəsi və simfonik şeir tərzinin banisi Ferens Listin (1811÷1886) “Macar rapsodiyası №2” əsərinə müraciət edərək maraqlı və gözlənilməz bir çıxışa imza atmışdır. Ən maraqlısı o idi ki, Yannie çıxışındakı bu əsəri bir tək əsər olaraq ifa etmədi, ABŞ-ın məşhur «Tom and Jerry» cizgi filmlərindən bir seriyanı həm ifası, həm də görkəmi ilə mükəmməl tərzdə tutuşduraraq, ona bir başqa rəng qatmış oldu.
Məqaləni paylaşmaqda məqsədim istifadəçilərin xoş və yadda qalan zaman keçirməsidir. Buyurun, istirahət edin!