n2006

n2006 İslam Dini 10-09-2022, 17:30

Peyğəmbər əfəndimiz(s.a.v) Xədicə anamızLa niyə evLənmişdir?

Peyğəmbər əfəndimiz(s.a.v) Xədicə anamızLa niyə evLənmişdir?
Peyğəmbər Əfəndimizin (sallallahu aleyhi və səlləm) Həzrəti Xədicə anamızla evlənməsi belə olmuşdur.

Həzrəti Xədicə öz ticarət malları olan zəngin bir qadın idi. Bu mallarını başqa şəhərlərə və ya ölkələrə aparıb ticarət edə biləcək birini axtarırdı. Məkkənin ən etibarlı insanı olan Muhamməd-ül Emin olan Peyğəmbər Əfəndimizə bu işi təklif etdi. Peyğəmbərimiz də o zamana qədər həmişə əmisi Əbu Talib ilə ticarət etməkdə idi. Həzrəti Xədicənin bu təklifini qəbul edib onun malları ilə ticarət etməyə başladı. Uzun müddət bu şəkildə ticarət etdikdən sonra Həzrəti Xədicənin özünə evlilik təklif etməsi ilə bu ədəb və fədakarlıq timsalı qadın ilə evləndi. Evlilik olduqdan sonra yenə onun ticarət işlərini yerinə yetirməyə davam etdi. Ancaq bu ticarəti yenə Həzrəti Xədicə üçün edirdi.

Həzrəti Xədicə anamız (Allah ondan razı olsun) Peyğəmbər Əfəndimizə , peyğəmbərlik vəzifəsi verildikdən sonra ilk müsəlmanlığı qəbul edən insan oldu. İslamın ilk məşəqqətli illərində yanında ən böyük dəstəkçisi oldu. Müsəlmanlara boykot tətbiq olunan ən çətin günlərdə bütün mal varlığını çətində qalan müsəlmanlara payladı. Və Məkkənin o zəngin qadını İslam üçün bu fədakarlıqları etdikdən sonra bir çadır içində çətin günlərdə vəfat etdi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
573 528 533 618 531 596

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.