..Tufan öncəsi..
Ətrafımda qarışıqlıq,
Nə baş verib bəlli deyil
Neçə çıxış yolu gördüm,
Məsələnin həlli deyil
Dedilər ki, tufan gəlir,
İlk düşüncəm yenə səndin
İçimdə də həmin pərtlik:
Kaş bir azca tələsərdin
Su qalxırdı asta-asta
Sənə bir yer saxlamışdım
Mindiyimiz gəmiyə də
Dərdlərimi toplamışdım
İnanmışdım buna qəlbən,
Su üstünə ruhum qalxır
Bir də onda ayıldım ki,
Kimsə məni geri dartır
Tutublarsa ayağımdan,
Bəlkə mən heç ruh deyiləm?!
Sən gəlmədin, tufan da yox
Onda bildim, Nuh deyiləm...
Hara gedib lövbər atsın
Bir gəminin Nuhu yoxsa?
Onu yazan özü sağmı
Bir şeirin ruhu yoxsa?
Nə baş verib bəlli deyil
Neçə çıxış yolu gördüm,
Məsələnin həlli deyil
Dedilər ki, tufan gəlir,
İlk düşüncəm yenə səndin
İçimdə də həmin pərtlik:
Kaş bir azca tələsərdin
Su qalxırdı asta-asta
Sənə bir yer saxlamışdım
Mindiyimiz gəmiyə də
Dərdlərimi toplamışdım
İnanmışdım buna qəlbən,
Su üstünə ruhum qalxır
Bir də onda ayıldım ki,
Kimsə məni geri dartır
Tutublarsa ayağımdan,
Bəlkə mən heç ruh deyiləm?!
Sən gəlmədin, tufan da yox
Onda bildim, Nuh deyiləm...
Hara gedib lövbər atsın
Bir gəminin Nuhu yoxsa?
Onu yazan özü sağmı
Bir şeirin ruhu yoxsa?







