Heç mən də bilməyəcəm..
Qucaqlaşarkən şaqqıldayan sümüklərimizdən anladıq…
Ağacları…küləkləri…yağışları…qiyaməti…
Son dəfə oxşadığımız saçlardan anladıq…
…yollar tanrının aldanışıdı…
Buludlar yağışların kölgəsi…
…küləklər torpağın anasıdı əslində…
Sən bilməyəcəksən…
…yaşlı dodaqlarım nələr söylədi saçlarına…
Heç mən də bilməyəcəm…
…titrək əllərin nələr pıçıldadı gözlərimə…
Olsun…olsun...
Ağaclarım…küləklərim…yağışlarım…qiyamətim…
Sümüklərin sağ olsun…
Ağacları…küləkləri…yağışları…qiyaməti…
Son dəfə oxşadığımız saçlardan anladıq…
…yollar tanrının aldanışıdı…
Buludlar yağışların kölgəsi…
…küləklər torpağın anasıdı əslində…
Sən bilməyəcəksən…
…yaşlı dodaqlarım nələr söylədi saçlarına…
Heç mən də bilməyəcəm…
…titrək əllərin nələr pıçıldadı gözlərimə…
Olsun…olsun...
Ağaclarım…küləklərim…yağışlarım…qiyamətim…
Sümüklərin sağ olsun…







