amon

amon Mətbəx 8-10-2022, 20:53

Çox Ləzzətli Kartoflu, Soğanlı Pizza

Çox Ləzzətli Kartoflu, Soğanlı Pizza

Çox Ləzzətli Kartoflu, Soğanlı Pizzanın tərkibi:

Xəmiri üçün:
5 stəkan un
2 stəkan su
1 paket quru maya
1 çay qaşığı şəkər tozu
1 çay qaşığı duz
4 xörək qaşığı zeytun yağı

Üzəri üçün:

250 qr rəndələnmiş holland pendiri
1 stəkan rəndələnmiş mozarella pendiri
4 ədəd balaca kartof
2 ədəd soğan
4 diş sarımsaq
təzə kəklikotu

Çox Ləzzətli Kartoflu, Soğanlı Pizzanın hazırlanma qaydası:

Pizzanın xəmirini hazırlamaq üçün bir qaba su, quru maya, şəkər tozu, un, zeytun yağı və duz tökün. Xəmir qarışdıran mikserlə ələ yapışmayan xəmir alınana qədər yaxşıca qarışdırın. Xəmir istədiyiniz yumşaqlığa çatdıqda üzərini streç salafanla örtüb 30 dəqiqəlik kənarda saxlayın. Dincələn xəmiri un səpilmiş dəzgahın üzərində iki hissəyə bölüb kündələyin. Kündənin birini oxlovla yayın. Xəmir istədiyiniz qalınlığa çatdıqda yağlı kağız sərilmiş soba sinisinə yerləşdirin.Pizza xəmirində çəngəl ilə deşiklər açın. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin. Azca bişmiş xəmiri sobadan çıxarın və fırçanın köməyi ilə üzərinə zeytun yağı çəkin. Xəmirin üzərinə sürtgəcdən keçirilmiş holland pendiri , mozzarella pendiri, qabığı soyulmuş, dilimlənmiş kartof və soğan, sarımsaq və kəklikotu əlavə edin. Ərzaqları yerləşdirdikdən sonra üzərinə yenidən sürtgəcdən keçirilmiş holland pendiri əlavə edin və 20 dəqiqə bişirin. Bu qaydayla ikinci xəmiri də bişirin.

Dadı ilə hər kəsi heyran edən və bir çox növləri olan pizzanı bu reseptlə hazırlayıb sevdiklərinizlə paylaşa bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
604 512 551 537 544 515

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.