ice berg

ice berg Müxtəlif 12-10-2022, 12:12

Zaman da sənin kimi gedir,amma..

Zaman da sənin kimi gedir,amma..
Varlığında işıldadığımı görüb yoxluğunda sönəcəyimi sanma... Yanımdaykən üzümü daima gülümsər görüb olmadığın bir vaxtda ağladığımı düşünmə... bir haldaki göz yaşımı silməyəcəksən ağladığımı bilmə... sanma ki sənsiz ölərəm... sanma ki zaman da sənin kimi məni ağladar... düzdü, zaman da sənin kimi "gedir" amma ağlatmır... yaşadır və öyrədir...! Dənizin sahillərində küləyə ümid qalmış qumsallarda, heç vaxt keçmədiyin küçələrdə, bənzəmədiyin simalarda,hətta istənmədiyin yerlərdə belə səni axtardım.... qızmar havada bir ovuc qara ehtiyac duyan kəsə bənzətdilər məni... bu qədər axtardım, bu qədər çağırdım...

Amma... sonda:

...Bitirdim sevgini məndəki səni,
Ruhum fəryad etdi, sızlatdı məni
Nifrət bir dağ oldu yolumun üstə
Sənə qovuşmağa qoymadı məni...


Yarpaqdır həmişə ağacı tərk edən
Arsız,ruhsuz insan yığını səni məndən aldı..
qəlbimdə həsrət küləkləridir hey əsən.
Mən gözləyən, sənsə çəkib gedən...
Amma yarpaqdır həmişə ağacı tərk edən!
Onun da sonu xəzan olur düşünmədinmi..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
493 458 403 421 497 441

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.