n2006

n2006 İslam Dini 23-10-2022, 15:38

Bu dunyanin sevinci Axirət sevincinə mane olurmu?

Bu dunyanin sevinci Axirət sevincinə mane olurmu?

BİSMİLLƏHİR RAHMƏNİR RAHİM
Bu dünyanın sevinci Axirət sevincinə mane olurmu?

Həm bu dünyanın ləzzətlərindən istədiyim kimi istifadə etmək istəyirəm, həm də axirətdə əbədi xoşbəxt yaşamaq istəyirəm? Məgər bunlar ikisi bir arada olmaz ki? Bu dünyadakı ləzzətlərə niyə məhdudiyyət qoyulmalıdır ki, insan üçün? Haram anlayışı nədir ki? Axı bunlardan kefimiz istəyən kimi istifadə etməyin bizə nə ziyanı var?

Yuxarıdakı sualı yəqin ki, özünüzə vemisiniz. Ya da ki, çevrədə olan insanlar verib. Doğurdan da ilk baxışdan çox maraqlı gəlir bu suallar. Əlbəttə ki, hamısının tutarlı cavabı mövcuddur.

Məsələ ondadır ki, bu dünyanın rahatlıq yeri olmadığını biz insanlar anlaya bilmirik. Kamil insanlar istisna olmaqla təbii ki. Yəni əbədi rahatlığın, ləzzətin, kefin yeri əbədi axirət aləmindədir. Bu dünya bir mərhələdir ki, bundan sonra əbədi rahatlıq yaxud əbədi əzab gəlir. Əbədi rahatlığa çatmağın yolu isə qəlbi bu dünyadan uzaq tutmaqdadır. Yəni dünyaya layiq olduğundan artıq qiymət vermək, daim rahatlıq və sevinc axtarmaq insanı uçuruma aparır. İnsan anlamalıdır ki, onun istədiyi daimi həzz bu dünyada yoxdur. Amma insan axtarır. Çünki insanın fitrətinə istirahət, uzunmüddətli və daimi həzz hissi qoyulub. Bu hiss səbəbindən bizlər çox vaxt bu dünya ilə əbədiyyətin yerini səhv salırıq. Qəlbimizi bağlayırıq bu dünyanın rahatlığına, zövqünə, istirahətinə, ləzzətinə və s. Bu zaman insan deyir ki, nə var elə bu dünyada var. Ye, iç, kef elə. Beş günlük dünyadır. Ona görə belə düşünür ki, qəlbinin rahatlıq ehtiyacını bu dünyada ödənmiş hesab etdi. Yəni aldandı. Əlbəttə ki, məntiqlə onun axirətlə, halal- haramla nə işi var? Bütün istədiyi arzulara çatdı və elə bildi ki, bir gün ölməyəcək. Bu minvalla ömür sürməyə davam etdi.

Şübhəsiz ki, bu dünyada hər ləzzətin yanında mütləq əziyyət vardır. Bu da məhz bu dünyaya məxsus haldır. Əbədi aləmdə isə belə deyil. İnsan isə elə bilir ki, belə də olmalıdır. Düşünə bilmir ki, əziyyət sonra rahatlıq? Bunun mənası nə olur? Nəticədə hardasa neytral vəziyyət yaranır axı.

Səbr elə bir hissdir ki, insanda lazımi qədər olmazsa, insan bu dünyanın həzzinə aldanacaq. Çünki səbrsiz insan hər şeyin tez həll olmasını istəyir. Ona görə də ilahi qanunları pozur yəni günah edir. Səbri yoxdur Cənnəti gözləməyə. Halal - haram bilmir, ürəyindən keçəni yeyir, istədiyi hərəkəti edir və s. Halbuki ziyan içindədir. Səbrsizliyi əbədi həzzdən onu məhrum edir. Özü axtardığından qaçır. Amma bilmədən. Deyir niyə filan əməl haramdır? Niyə? Cavab verirsən ki, düzdür, sənin ürəyin bunu istəyir və sən bundan həzz alacaqsan. Amma bu dünyanın qanunlarına görə hər istədiyini etsən, o qəlbini daşlaşdıracaqdır və avtomatik axtardığın həzzdən məhrum olacaqsan. Baxır, düşünür, fikrə gedir. Deyir ,bəli, düz deyirsən. On gündən sonra görürsən ki, yenə əvvəlki vəziyyətinə qayıdıb. Nəfs onu yenidən aldadıb. Halı saxlaya bilməyib. Çünki ən çətin olan da halı saxlamaqdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
667 535 536 525 541 596

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.