ice berg

ice berg İdman 24-10-2022, 17:00

Azərbaycanlı dünya çempionu: "Uşaqlıq arzum idi"

Azərbaycanlı dünya çempionu: "Uşaqlıq arzum idi"
"Sonuncu turda uduzsam da, dünya çempionuyam və bu, mənim uşaqlıq arzum idi".

LoaDinG.aZ "Report"a istinadən xəbər verir ki, bu sözləri FIDE-nin rəsmi feysbuk səhifəsinə açıqlamasında gənc qadınlar arasında dünya çempionu olmuş azərbaycanlı şahmatçı Gövhər Beydullayeva deyib.

"Hər il gənclər arasında çempionatlarda iştirak etdiyini, ancaq medal qazana bilmədiyini bildirən qrossmeyster onlayn formada qalib adını qazandığını qeyd edib: "Son iki ildə dünya çempionatı klassik formada deyil, onlayn keçirilmişdi. Orda titul almışdım. Amma bu, mənim klassik formada ilk dünya çempionluğumdur. Çox xoşbəxtəm".


Dünya çempionluğunun heç bir başqa uğurla müqayisə olunmadığını vurğulayan Gövhər Beydullayeva bunun xüsusi duyğu olduğunu deyib: "Mən Avropa çempionu da olmuşdum, amma bu, tam başqadır".

Azərbaycanlı dünya çempionu qarşıdakı hədəfləri haqqında da danışıb: "Yəqin ki, Dünya Kubokuna qatılacam. Ümid edirəm ki, orda əlimdən gələn qədər yaxşı oynaya biləcəm".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
440 383 396 427 450 410

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.