amon

amon İdman 24-10-2022, 23:46

Azərbaycan cüdoçuları Sloveniyada 8 medal qazanıb

Azərbaycan cüdoçuları Sloveniyada 8 medal qazanıb
Azərbaycan cüdoçuları Sloveniyanın Sloven-Qradets şəhərində 15 və 18 yaşadək yeniyetmələr arasında keçirilən Açıq Koroska turnirində 8 medal qazanıb.

Loading.az xəbər verir ki, sayca 46-cı dəfə təşkil olunan yarışda 40 kqda Məryəm Bayramzadə (qızıl medal), 48 kq-da Nuranə Hacızadə (gümüş medal), 52 kq-da Vüsalə Hacıyeva, Aytən Verdiyeva (hər ikisi qızıl və gümüş medal) və 57 kq-da Fidan Qasımova (qızıl medal) fəxri kürsüyə qalxıblar.

Yarışın ümumi nəticəsinə görə, Azərbaycan təmsilçiləri 4 qızıl, 3 gümüş və 1 bürünc medalla qızlar arasında birinci, ümumi komanda hesabında isə ikinci yerdə qərarlaşıb.

İdmançılar Sloveniyada bu gün start götürən və 3 gün davam edəcək təlim-məşq prosesinə qatılıblar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
457 377 413 427 457 412

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.