n2006

n2006 Gözəllik 28-10-2022, 19:05

3 GÜNƏ 3 KILOQRAM ARIQLADAN NARINGI PƏHRIZI

3 GÜNƏ 3 KILOQRAM ARIQLADAN NARINGI PƏHRIZI
Artıq çəkidən xilas olmaq istəyirsinzisə, naringi pəhrizi ilə 3 gündə 3 kiloqrama qədər arıqlamaq mümkündür. Naringinin həzmi rahatlaşdırdığı, qaraciyəri toksinlərdən təmizlədiyi araşdırmalar nəticəsində dəfələrlə sübut olunub. Ona görə də diyetoloqlar hesab edirlər ki, naringi pəhrizi payız aylarında arıqlamaq üçün ən effektli pəhrizlərdən biri hesab olunur. Lakin bu pəhrizi qətiyyən 3 gündən artıq saxlamaq olmaz. Çünki bu pəhrizin menüsü kifayət qədər kalorili deyil, o cümlədən, orqanizmin gündəlik ehtiyacını ödəyən vitamin və minerallardan ibarət olmadığı üçün sağlam pəhriz deyil.

1-ci gün

Səhər yeməyi:
Çay və ya qəhvə
1 ədəd naringi və ya portağal
1 dilim çörək
1 yemək qaşığı fıstıq əzməsi

Günorta yeməyi:
Qəhvə və ya çay
100 qram ton balığı
1 dilim çörək

Axşam yeməyi:
100 qram yağsız toyuq və ya hindquşu əti
1 kasa yaşıl lobya xörəyi
2 ədəd yerkökü
1 ədəd alma
Şirniyyat: 1 ədəd aşağı kalorili vanilli dondurma

2-ci gün

Səhər yeməyi:

Çay və ya qəhvə
1 ədəd yumurta
1 dilim çörək
1 ədəd naringi və ya portağal

Günorta yeməyi:
1 kasa süzmə pendir və 100 qram ton balığı
8 ədəd duzlu çubuq
1/2 Banan

Axşam yeməyi
Kolbasalı sendviç və ya 100 qram hindquşu əti
1 kiçik kasa brokkoli salatı
2 ədəd yerkökü
1/2 banan
Şirniyyat: Aşağı kalorili vanilli dondurma

3-cü gün
Səhər yeməyi:
Qəhvə və ya çay
5 duzlu çubuq
1 kibrit qutusu pendir
1 ədəd naringi

Günorta yeməyi:
Çay və ya qəhvə
1 ədəd yumurta
1 dilim çörək

Axşam Yeməyi:
100 qram balıq
2-3 ədəd yerkökü
1 kasa zeytun yağında qovrulmuş gül kələm
4 ədəd qoz
Şirniyyat : Yarım stəkan vanilli dondurma

Qeyd: Gündə 1.5-2 litr su içməyi unutmayın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
426 434 411 435 418 407

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.