sonsuz_sevgi

sonsuz_sevgi Mətbəx 30-10-2022, 12:30

Balkan Mətbəxinin Əvəzsiz “Ajvar” Salatı

Balkan Mətbəxinin Əvəzsiz “Ajvar” Salatı
Ajvar-Balkan mətbəxinin şirin qırmızı bibərdən hazırlanmış tərəvəz qəlyanaltısıdır. Bu ləziz qəlyanaltı çox funksionladır. İstər çörəyin üzərinə yaxıb yeyə , istər ətlə süfrəyə verə bilərsiniz. LoaDinG.Az ləziz qəlyanaltının reseptini təqdim edir.

Balkan Mətbəxinin Əvəzsiz Ajvar Salatının tərkibi:
4 ədəd rəngli bibər
1-2 ədəd badımcan
1-2 diş sarımsaq
3 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı alma sirkəsi
duz, istiot, paprika tozu
Balkan Mətbəxinin Əvəzsiz Ajvar Salatıının hazırlanma qaydası:
İlk öncə tərəvəzləri ocağın üzərində və ya sobada közləyin. Daha sonra bir qaba yığıb üzərini strec salafanla bağlayın və 10-15 dəqiqə kənarda saxlayın. Közlənən tərəvəzlərin qabığını soyub 1-2 dəqiqəlik blenderdən keçirin. Üzərinə sarımsaq, zeytun yağı, sirkə və ədviyyatları vurub yenidən blenderdən keçirin. Blenderdən keçirtdikdən sonra qazana töküb vam odda bir az qatılaşana qədər bişirin.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
413 363 343 387 302 391

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.