sonsuz_sevgi

sonsuz_sevgi Mətbəx 4-11-2022, 16:00

Çay Dəm Alana Qədər Hazır Olan “Keçi Pəncəsi”

Çay Dəm Alana Qədər Hazır Olan “Keçi Pəncəsi”
Səhər yeməyi və çay süfrəsi üçün mayasız, yumurtasız, cəmi 4 ərzaqla ləziz “Keçi pəncəsi” xəmir qızartmasını hazırlaya bilərsiniz. LoaDinG.Az çayınız dəm alana qədər hazır olan xəmir qızartmasının reseptini təqdim edir.

Keçi Pəncəsinin tərkibi:
1 stəkan qatıq
1 çay qaşığı duz
1 paket qabartma tozu
2,5 stəkan un
Keçi Pəncəsinin hazırlanma qaydası:
Dərin bir qabda qatıq, duz və qabartma tozunu qarışdırın. Unu da əlavə edib yaxşıca yoğurun. Hazır xəmiri uzun rulon forması verib 2-3 barmaq qalınlığında dilimləyin. Bıçağın köməyi ilə xəmirin orta hissəsində kəsik atıb V hərfi formasında dilimlər hazırlayın. Xəmirləri tavada qızdırdığınız bol yağda hər iki üzü yaxşıca qızarana qədər qızardın. Xəmir qızartmalarını isti halda süfrəyə verin.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
415 408 340 364 419 343

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.