sonsuz_sevgi

sonsuz_sevgi Mətbəx 5-11-2022, 13:30

5 Dəqiqəyə Hazır: Tənbəl Deserti

5 Dəqiqəyə Hazır: Tənbəl Deserti
Elə vaxtlar olur ki, sadəcə 5 dəqiqənizi ayıraraq asan və dadlı bir desert hazırlamaq istəyirsiniz. Belə anlarda köməyinizə çatacaq ən dadlı və enerji verən desertlərdən birini sizə təqdim edirik. LoaDinG.Az tənbəl desertinin reseptini təqdim edir.

Tənbəl desertin tərkibi:
2 xörək qaşığı un
1 ,5 xörək qaşığı şəkər tozu
1/2 çay qaşığı qabartma tozu
1 xörək qaşığı kakao
1/2 stəkan süd
2 xörək qaşığı maye yağ
1 xörək qaşığı fıstıq əzməsi
Üzəri üçün:
1 qaşıq dondurma
Tənbəl desertin hazırlanma qaydası:
Geniş bir fincana un, şəkər tozu , qabartma tozu və kakao töküb qarışdırın. Üzərinə süd və maye yağ töküb yaxşıca qarışdırın. Fıstıq əzməsini də əlavə edib yüngülcə xəmirə batırın. Fincanı mikrodalğalı sobaya yerləşdirin. Deserti mikrodalğalı sobanın ən yüksək rejimində 2 dəqiqə bişirin. Bişmiş desertin üzərinə bir qaşıq dondurma qoyub süfrəyə verə bilərsiniz. Bu desertə istəyə görə şokolad, çərəz və meyvə dilimləri də əlavə edə bilərsiniz.



Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
633 558 552 499 475 518

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.