n2006

n2006 Mətbəx 6-11-2022, 19:37

Şəki Mətbəxinin Dad Çələngi Qırmabadam

Şəki Mətbəxinin Dad Çələngi Qırmabadam
Azərbaycan mətbəxində undan hazırlanan milli şirniyyat məmulatının 30-dan çox çeşidi var. Bunlardan biri qədimdən bəri Şəki mətbəxinin dad çələngindən ibarət Qırmabadamdır. Üstəlik qırmabadam həm desert kimi yeməkdən sonra və ya çay süfrəsində ləzzətlə istifadə etmək olar. LoaDinG.Az qırmabadamın hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

84 qr düyü unu
675 qr şəkər tozu
285 qr fındıq ləpəsi
35 qr yumurta ağı
1 qr limon duzu
2 qr keşniş toxumu
Hazırlanma qaydası:

Bir qabda şəkər tozuna su əlavə edib ocağa qoyun. Limon duzu da əlavə edilib tərkibində 5-6 faiz su qalanadək bişirin. Bişmiş karamel kütləsini çırparaq soyudun. İstiliyi 50-60 dərəcə olduqda üzərinə yumurta ağı əlavə edib çırpmağı sürətləndirin. Kütlənin hazır olması onun ağ rəngindən və soyuduqda qırılmasından bilinir. Çırpılmış kütləyə xırdalanmış fındıq ləpəsi və keşniş toxumu əlavə edib qarışdırın. Kütləni 0,5 – 0,7 sm qalınlığında 15×8 sm ölçüdə forma verin. Üzərinə qovrulmuş düyü unu səpin.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
532 486 429 550 456 481

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.