n2006

n2006 Mətbəx 7-11-2022, 12:00

Görünüşü Və Dadı Ət Kotletindən Fərqlənməyən Ətsiz Kotlet

Görünüşü Və Dadı Ət Kotletindən Fərqlənməyən Ətsiz Kotlet
Görünüşü və dadı ət kotletindən fərqlənməyən, lakin tərkibində bir qram ət olmayan qeyri-adi kotlet. LoaDinG.Az çox asan hazırlanan ətsiz kotletin reseptini təqdim edir.

Tərkibi:

200 qr yulaf yarması
200 ml isti su
2 ədəd (250 qr ) kartof
2 ədəd soğan
3 diş sarımsaq
1 çay qaşığı duz
istiot zövqə görə
qızartmaq üçün bitki yağı

Hazırlanma qaydası:

Dərin bir qaba yulaf yarmasını tökün. Üzərinə qaynar su töküb qarışdırın və 15-20 dəqiqə kənarda saxlayın. Soğan və sarımsağı mətbəx robotundan keçirin. Qabığı soyulmuş kartofları da rəndələyin. Bir qabda suda isladılmış yulaf yarması, rəndələnmiş kartof, çəkilmiş soğan və sarımsaq, duz və istiot töküb yaxşıca qarışdırın. Hazırladığınız kütlədən əlinizi isladaraq kotletlər hazırlayın. Tavada bitki yağını qızdırıb kotletləri ikitərəfli qızardın. Zövqə görə kotletləri suxari tozuna bulayıb bişirə bilərsiniz. Qızardılmış kotletləri artıq yağı çəkməsi üçün kağız salfetlərin üzərinə qoya bilərsiniz. Bişən koteltləri isti və ya soyuq halda süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
445 408 386 383 433 391

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.