n2006

n2006 Mətbəx 8-11-2022, 15:30

Dadlı Və Faydalı Almalı Mayonez

Dadlı Və Faydalı Almalı Mayonez
Almalı mayonez ət və balıq yeməklərində, sendviç və salatların hazırlanmasında istifadə etmək üçün ən dadlı sousdur. Həm dadlı, həm də faydalıdır. LoaDinG.Az ev şəraitində dietik almalı mayonezin hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

4 ədəd alma
1 çay qaşığı duz
1 çay qaşığı xardal
sarıkök
1 xörək qaşığı limon suyu
200 ml bitki yağı
istiot
Hazırlanma qaydası:

İlk öncə almaların qabığını soyun və cecəyini çıxarın. Dilimləyib soba paketinə qoyun. Paketin üzərində dəliklər açaraq 5 dəqiqəlik mikrodalğalı sobaya yerləşdirin. Yumşalan almaları pürə halına gələnədək blenderlə əzin. Bir qabda alma püresi, duz, xardal, limon suyu, sarıkök, istiot və bitki yağını blenderlə yaxşıca çırpın. Hazır sousu bankaya töküb soyuducuya yerləşdirin. Almalı mayonezlə salatlar hazırlaya bilərsiniz.

Nuş Olun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
346 396 363 399 397 388

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.