sonsuz_sevgi

sonsuz_sevgi Mətbəx 8-11-2022, 16:30

Tavada Almalı Omlet

Tavada Almalı Omlet
Səhər yeməyi üçün 10 dəqiqəyə kəsmikli şirin omlet hazırlaya bilərsiniz. LoaDinG.Az sadə məhsullardan hazırlanan tavada almalı omletin reseptini təqdim edir.

Tərkibi:

3 ədəd yumurta
120 qr kəsmik
165 qr alma
kərə yağı
şəkər tozu
duz
Hazırlanma qaydası:

Almaların qabığını soyun və cecəyini kəsib atın. Daha sonra almaları nazik yarımhalqa şəklində dilimləyin. Tavada kərə yağını əridin və almaları tez-tez qarışdıraraq yumşalanadək bişirin. Bir qabda yumurta, kəsmik və duzu tel çırpıcıyla qarışdırın. Çırpdığınız kütləni bişmiş almaların üzərinə töküb 1 dəfə qarışdırın və tavanın qapağını örtün. Zəif ocaqda 8-10 dəqiqə bişirin. Üzərinə şəkər kirşanı və ya darçın səpib süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
440 384 392 386 374 393

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.