n2006

n2006 Mətbəx 8-11-2022, 18:00

Ev Şəraitində Toyuq Sosiskası

Ev Şəraitində Toyuq Sosiskası
Sosiska dədikdə kimisinin ağzı sulanır, kimisi isə ağız büzər. Ağız büzmənin əhəmiyyətli səbəblərindən tərkibinə qatılan ətin və ya toyuğun hansı hissəsindən istifadə edildiyi bilinmədiyi üçündür. LoaDinG.Az uşaqlarınıza könül rahatlığı ilə verə biləcəyiniz ev şəraitində hazırlanan toyuq sosiskasının reseptini təqdim edir.

Tərkibi:

500 qr toyuq filesi
1 ədəd yumurta
50 qr kərə yağı
100 ml süd
duz
2 çimdik istiot
0,5 çay qaşığı pul bibər
0,5 çay qaşığı keşniş toxumu
Hazırlanma qaydası:

İlk öncə toyuq ətini yaxşıca yuyun. Əti ətçəkən maşınından keçirin və ya blenderlə xırdalayın. Kərə yağı əlavə edib qarışdırmağa davam edin. Üzərinə yumurta, pul bibər, duz, istiot, keşniş toxumu və süd əlavə edib yaxşıca qarışdırın. Dəzgahın üzərinə streç salafan sərin və 2 xörək qaşığı farşdan qoyub salafanı konfet kimi bükün. Hava qalmaması üçün çalışın sosiskaları sıx bükün. Kənarlarını sapla bağlayın.



Sosiskaları soyuq su dolu qazana əlavə edib 20 dəqiqə zəif odda qaynadın. Hazır sosiskaları 1 çay qaşığı kərə yağı və yaxud bitki yağında qızardın. Sosiskaları isti halda arzu etdiyiniz souslarla birgə süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
410 393 438 432 369 420

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.