Məktəb İllərinin Ən Dadlı Hörük Bulkası
Yumşaq və havalı, həm çayla, həm də tək başına çox ləzzətli olan hörük bulka. LoaDinG.Az məktəb illərinin ən dadlı qəlyanaltısı hörük bulkanın reseptini təqdim edir.
Tərkibi:
250 qr un
3 çay qaşığı qabartma tozu
100 qr şəkər tozu
1 paket vanil
125 qr kəsmik
1 ədəd yumurta
80 ml süd
50 qr əridilmiş kərə yağı
Hazırlanma qaydası:
İlk öncə un, qabartma tozu və vanili ələyin. Bir qabda şəkər tozunu yumurta ağıyla çırpın. Kəsmik, süd və yağ əlavə edib yaxşıca qarışdırın. Unu da əlavə edib xəmir yoğurun. Xəmiri 6 bərabər kündələrə bölün. Hər kündəni 3 hissəyə bölün. Unlanmış masanın üzərində təxminən 20-30 sm uzunluğunda zolaqlar şəkli verin və hörün. Yağlı kağız sərilmiş soba sinisinə düzün və 15-20 dəqiqə kənarda saxlayın. Bir qabda yumurta sarısını 1 xörək qaşığı südlə qarışdırın və hörük bulkaların üzərinə fırçayla yaxın. Bulkaların üzərinə şəkər tozu, qoz və ya küncüt səpə bilərsiniz. Kənarda gözlədilən bulkaları əvvəlcədən 180-200 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.
Nuş Olsun!