n2006

n2006 Mətbəx 9-11-2022, 12:30

Asan Hazırlanan “Malibu” Salatı

Asan Hazırlanan “Malibu” Salatı
Evə gələn çağırılmamış qonaq üçün qısa müddətdə ləzzətli salat hazırlaya bilərsiniz. LoaDinG.Az çox sadə, hazırlanması çox vaxt aparmayan yüngül və dadlı “Malibu” salatının reseptini təqdim edir.
Tərkibi:
1 dəstə kahı yarpaqları
2 ədəd xiyar
200 qr çerri pomidoru
100 qr pendir
200 qr hisə verilmiş toyuq filesi (və ya qızardılmış,qaynadılmış)
2 xörək qaşığı mayonez
duz
istiot
süfrəyə verdikdə üzərinə 50 qr suxari
Hazırlanma qaydası:

İlk öncə kahı yarpaqlarını yuyun. Xiyarların qabığını soyub doğrayın. Pomidorları da 2-3 hissəyə bölün. Pendiri kub şəklində doğrayın. Salatı qarışdıracağınız bir qaba kahı yarpaqlarını, doğranmış xiyar, pomidor və pendiri tökün. Üzərinə hisə verilmiş didilmiş toyuq filesini, mayonez,duz və istiot töküb qarışdırın. Hazır salatı süfrəyə verdikdə üzərinə suxariləri tökün.

Nuş Olsun!


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
468 476 492 445 399 427

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.