Nəfəs

Nəfəs Mətbəx 10-11-2022, 19:11

Faydalı Və dadlı nar çuğundur salatı

Faydalı Və dadlı nar çuğundur salatı
Narın dadı ilə çuğunduru birləşdirdikdə ləzzətli çəhrayı salat ortaya çıxır. Cəmi 4 ərzaqla dadlı və faydalı salat hazırlaya bilərsiniz. LoaDinG.Aznarlı çuğundur salatının reseptini təqdim edir.

Faydalı və Dadlı Narlı Çuğundur Salatının tərkibi:
2 ədəd çuğundur
1 ədəd toyuq filesi
100 qr qoz ləpəsi
1-2 ədəd nar
yarım dəstə göy soğan
1 diş sarımsaq
duz, istiot
mayonez
Faydalı və Dadlı Narlı Çuğundur Salatının hazrlanma qaydası:
İlk öncə narı dənələyin. Çuğunduru suda bişirin. Toyuq filesini də az duzlu suda bişirib didin. Bişib soyuyan çuğunduru kiçik kub formasında doğrayın. Qoz ləpəsini xırdalayın. Yarım dəstə göy soğanı doğrayın, sarımsağı sarımsaqəzəndən keçirin.Bir qabda bişib doğranmış çuğundur, didilmiş toyuq filesi, xırdalanmış qoz ləpəsi, doğranmış göy soğan, əzilmiş sarımsaq, nar dənələri, duz, istiot və mayonez töküb yaxşıca qarışdırın. Əgər mayonezli salat yemirsinizsə mayonezi xama və xardal qarışığı ilə əvəz edə bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
642 652 579 559 656 560

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.