n2006

n2006 İslam Dini 10-11-2022, 22:35

ALLAH DUALARA CAVAB VERƏNDİR

ALLAH DUALARA CAVAB VERƏNDİR
İnsanın özünə aid heç bir müstəqil gücü yoxdur.

Həyatının hər anında, qarşılaşdığı hər hadisədə Allahın gücünə, ona rəhm edib lütfünü, nemətini


bağışlamasına, qorumasına möhtacdır.

Yer üzündəki hər şeyin tək hakimi və hər insanın, hər varlığın, maddi-mənəvi hər şeyin tək sahibi olan


Allahın,

insanların hər istədiyini, ağlından keçən hər şeyi bilməsi və dualara cavab verməsi boyük nemət və


rəhmətdir.

İnsan Allahın razılığına uyğun olan, halal və haramı qoruyaraq, heç bir sərhəd olmadan Rabbimizdən hər


şeyi istəyə bilər.

Allah Nəml surəsində ehtiyacı olan və sıxıntıda olan hər kəsin duasına cavab verdiyini bildirir:

(Bütlər yaxşıdır) yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul


buyuran,

(sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə?

Məgər Allahla yanaşı başqa bir tanrımı var? Siz nə az düşünüb danışırsınız? (Nəml surəsi, 62)

İnsan Allahdan dilədiyi arzusunun həyata keçdiyini gördükdə əlbəttə ki, bu onun üçün böyük sevinc

qaynağı olur.

Allahın hər an yanında olduğunu, onu gördüyünü, eşitdiyini, hər düşüncəsindən xəbərdar olduğunu

bilən,

səmimi olduğu müddətdə Allahın hər işində ona kömək edəcəyini, hər istədiyini qəbul edəcəyini

ümid edən möminin Allaha olan sevgisini, təslimiyyətini, könüldən bağlılığını artırır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
613 570 515 539 495 545

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.