n2006

n2006 Mətbəx 11-11-2022, 19:30

Zəncəfil Sukatı – Soyuqdəymə Əleyhinə Universal “Tablet”

Zəncəfil Sukatı – Soyuqdəymə Əleyhinə Universal “Tablet”
Zəncəfilin faydalı olduğunu bilməyən insan demək olar ki, yoxdur. Bu özünə məxsus acı dadı və ətri olan bu ədviyyat bir çox yeməklərin və şirniyyatların tərkibinə vurulur.

Həmçinin də zəncəfildən soyuqdəymə zamanı da müalicəvi vasitə kimi də istifadə edilir.

LoaDinG.Az sizə zəncəfildən sukat hazırlamaq qaydasını təqdim edir:

Zəncəfil sukatı adicə şirniyyat deyil. Bu soyuqdəymə zamanı boğazda yaranan qıcıqlanma və ağrını aradan qaldıran universal tabletdir.

Hazırlanma qaydası:

200 qr təzə zəncəfil kökünü nazik doğrayın. Bir qazana yığaraq üzərini örtəcək qədər su tökün və 30 dəqiqə qaynadın. Qaynadıqdan sonra zəncəfilin acılığı yox olur. Suyu süzün. Daha sonra sirop hazırlayın. Bunun üçün 3 stəkan suya 6 xörək qaşığı şəkər tozu əlavə edərək sirop hazırlayın. Qaynayan kimi, zəncəfilləri əlavə edin. Zəif odda davamlı olaraq bişirin. Maye tam çəkilənə qədər bişirməyə davam edin. Soyudun. Hər bir zəncəfil dilimini şəkər tozuna bulayaraq perqament kağızı sərilmiş listə düzün. Qurumağa qoyun. Quruduqdn sonra bir qaba yığın. 3 aya qədər saxlaya bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
328 384 347 388 403 368

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.