n2006

n2006 Mətbəx 12-11-2022, 07:00

Qızardılmış Alma Dilimləri

Qızardılmış Alma Dilimləri
Qızarmış alma dilimləri, soyuq qış günləri üçün əla bir desertdir. Həm asan hazırlanır, həm də ləzzətlidir. LoaDinG.Az meyvəli desert sevənlər üçün qızardılmış alam dilimlərinin reseptini təqdim edir.

Tərkibi:

5 ədəd alma
1 stəkan un
1 stəkan qatıq
1 ədəd yumurta
yarım çay qaşığı qabartma tozu
yarım çay qaşığı duz
yarım stəkan şəkər tozu
darçın
Hazırlanma qaydası:

Dərin bir qabda yumurta və qatığı çırpın. Üzərinə qabartma tozu, duz və unu əlavə edib çırpmağa davam edin. Almaları dilimləyib, orta hissəsini çıxarıb halqa şəkli verin.




Alma dilimlərini hazırladığınız qarışığa bulayıb qızğın yağda hər iki tərəfini qızardın. Qızaran alma dilimlərini artıq yağını çəkməsi üçün kağız dəsmalın üzərinə qoyun. Bir qabda şəkər tozu və darçını qarışdırıb qızardılmış alma dilimlərini yaxşıca bulayın. Qırzardılmış alma dilimlərini isti-isti süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
626 591 587 551 527 565

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.