n2006

n2006 Mətbəx 12-11-2022, 15:30

Dadlı Baursaki Ponçikləri

Dadlı Baursaki Ponçikləri
Baursaki – Qazaxıstan ponçikləridir. Qazaxıstanda bunlarsız bir ziyafət olmur, çünki bu onların “dadlı ənənəsidir”. Hələ isti olanda xüsusilə dadlı olur. LoaDinG.Az baursaki reseptini təqdim edir.

Tərkibi:

6 stəkan un
1 stəkan su
1 stəkan süd
1 çörək qaşığı şəkər tozu
1/2 stəkan bitki yağı
2 çay qaşığı duz
11 qr maya
Qızartmaq üçün bitki yağı

Hazırlanma qaydası:

Bir qabda südü isidin. Üzərinə ilıq suyu əlavə edin. Maya və şəkər tozunu da töküb qarışdırın və kənarda köpməsi üçün 3 dəqiqə saxlayın. Dərin bir qabda un, duz və bitki yağını qarışdırın. Üzərinə mayalı süd qarışığını da əlavə edib xəmir yoğurun. Xəmirin üzərini mətbəx dəsmalıyla örtün və 1,5 saat saxlayın. Xəmiri yenidən yoğurun və mayalanması üçün daha 30 dəqiqə saxlayın. Daha sonra xəmiri 0,8 mm qalınlığında dəzgahın üzərinə yayın və kiçik romb formasında kəsin. Onların üzərinə dəsmal örtün və şişməsi üçün 10 dəqiqə saxlayın. Bitki yağını dərin tavada isidin və Baursakiləri qızılı qəhvəyi rəngə çalanadək qızardın. Bişən Baursakiləri tavadan çıxarın və soyuması üçün kağız dəsmalın üzərinə qoyun.

Nuş Olsun!


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
420 449 378 394 387 404

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.