Owusu

Owusu Sağlamlıq 13-11-2022, 18:00

Bu qidalar stressdən xilas edir

Bu qidalar stressdən xilas edir
Bu məhsullar arasında balıq və balıq məhsulları, karbohidratlı və fol turşulu qidalar xüsusi ilə fərqlənir.

LoaDinG.Az xəbər verir ki, ton balığı, skumburiya, somon kimi balıqlar məhsullar beyin və ürək sağlamlığı üçün çox əhəmiyyətlidir.

Bu məhsulların tərkibində omega-3 yağ turşuları olduğundan stressi azaltmağa kömək edir.

Kompleks karbohidratlı qidalar isə uzun müddət toxluq hissi verərək gün boyu enerjili olmağa təsir göstərir.

Kəpəkli düyü, tam taxıllı çörəklər və tərəvəzlər karbohidratlarla birlikdə istifadə edildiyində depressiyanı aşağı salmağa təsirlidir.

Tərkibində fol turşusu olan qidalar da sağlamlığa xeyirlidir. Bu qidalara yaşıl yarpaqlı tərəvəzlər, mərcimək, sitrus meyvələri, quşqonmaz bitkisi, pomidor suyu, yumurta və s. daxil edilir. Bunlar stressə qarşı yaxşı təsir göstərir.

Zülallı qidalar da gün ərzində enerjini yüksəldərək aclıq hissini önləyir. Bu baxımdan ağ və qırmızı ətdən, süd və süd məhsullarından, çərəzlərdən və digər qidalardan faydalanmaq olar.

Onu da qeyd etmək lazımdır ki, təbii qidalar daha çox stressi aşağı salmağa kömək edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
337 351 349 354 316 305

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.